Amerikalı UFC döyüşçüsü Bo Nikal təşkilatdan Şarabutdin Maqomedovla qarşılaşma təşkil etməsini xahiş etdiyini bildirib. O, bu döyüşün özü üçün maraqlı olacağını düşündüyünü qeyd edib.

Offsideplus.az xəbər verir ki, Nikalın sözlərinə görə, UFC bu təklifi qəbul etməyib. Hazırda Bo Nikalın hesabında doqquz qələbə və bir məğlubiyyət var. Son iki döyüşünü nokautla başa vuran idmançı Xamzat Çimayevlə də döyüşməyə hazır olduğunu vurğulayıb.