Litvalı mərkəz oyunçusu Yonas Valançunas "Jalgiris"in "Sabah"a qarşı yoxlama oyununda cəmi 3 dəqiqə meydanda olub və sağ ayağındakı zədə səbəbindən oyunu davam etdirə bilməyib.

Offsideplus.az xəbər verir ki, Valançunas ilk hissə boyunca ehtiyat oyunçular skamyasında oturub və zədələnmiş ayağına idman ayaqqabısı geyinməyib. Komandalar fasiləyə yollandıqdan sonra ikinci hissəyə qayıdan zaman Valançunas artıq meydanda görünməyib. O, oynadığı müddətdə xal qazana bilməyib. "Jalgiris"dən rəsmi açıqlamanın yaxın zamanda verilməsi gözlənilir.

Oyun baxımından "Jalgiris" rəqibinə asanlıqla qalib gəlib – 112:78. Komandanın ən məhsuldar oyunçusu 18 xalla Edqaras Ulanovas olub, Marek Blazevic isə 17 xal toplayıb.