"Mançester Siti"nin fransalı gənc hücumçusu Maxamadu Sangare "Əl-Kadisiyə" klubuna transfer olunub.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı futbolçu ilə müqavilə 2029-cu ilin iyununa qədər nəzərdə tutulub. Transferin məbləği rəsmi olaraq açıqlanmasa da, Sangarenin təxminən 1 milyon dollar qarşılığında satıldığı bildirilir. O, ötən yay "PSJ"dən "Mançester Siti"yə azad agent kimi keçmiş, əsas komandanın heyətində heç bir oyunda iştirak etməmişdi.