UFC-nin keçmiş çempionu Xamzat Çimayev Şon Striklend və ya Nassurdin İmavov arasında baş tutacaq titul döyüşündə əvəzləyici kimi qəfəsə çıxmağa hazır olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Çimayev tezliklə geri dönmək istədiyini və bu məqsədlə UFC-nin vitse-prezidenti Xanter Kempbellə əlaqə saxladığını deyib. Onun sözlərinə görə, Kayu Borralyo və Drikus du Plessis zədə səbəbindən döyüşə bilmir. "Bəlkə də Nassurdin İmavov və Şon Striklend döyüşməyəcək. Mən hazır olacağam", – deyə Çimayev vurğulayıb. Qeyd edək ki, Striklend və İmavov arasında döyüşün 13 dekabrda UFC 335-də keçirilməsi planlaşdırılır.


