UFC-nin keçmiş çempionu Xamzat Çimayev RAF təşkilatı ilə müqavilə imzalamasının əsas səbəbinin maddi maraq olduğunu açıqlayıb. O bildirib ki, əsas məqsədi daha çox gəlir əldə etmək və insanlara kömək etməkdir.
Offsideplus.az xəbər verir ki, Çimayev əvvəllər viza problemləri səbəbindən ildə cəmi bir dəfə döyüşdüyünü və buna görə də qazancının yüksək olmadığını deyib. Sentyabrın 5-də RAF turnirində keçirilən qarşılaşmada Çimayev Tayron Vudlini məğlub edib. Sentyabrın 18-də isə ABŞ-da Gilbert Bernslə qarşılaşacaq.


