Misli Premyer Liqasının IV turunun 6 qarşılaşmasında ümumilikdə 26 qol vurulub.
Offsideplus.az xəbər verir ki, tur üzrə orta məhsuldarlıq 4,33-ə bərabər olub. Bu, son 6 mövsümün rekord göstəricisidir. Sonuncu dəfə bundan daha yüksək orta göstərici (4,75) 2020/2021 mövsümünün X turunda qeydə alınmışdı.
Turun matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
-
"Sabah" – "Zirə" 5:0
-
"Kəpəz" – "Şamaxı" 1:4
-
"Neftçi" – "Şəfa" 4:1
-
"Qarabağ" – "Araz-Naxçıvan" 3:2
-
"Qəbələ" – "İmişli" 2:1
-
"Turan Tovuz" – "Sumqayıt" 2:1
Qeyd edək ki, vurulan 26 qol ümumi say baxımından son 21 mövsümün rekordudur (2005/2006 mövsümünün XXVI turunda 27 qol vurulub).


