"Los Anceles Klippers"in sahibi Stiv Balmer NBA tərəfindən bir il müddətinə liqadan uzaqlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, bu qərar klubun maaş limitini aşması ilə bağlı verilib və Balmer bu əsrdə belə cəza alan üçüncü klub sahibi olub.
O, bu müddət ərzində NBA oyunlarını, "All-Star" həftəsini, NBA Kubokunu, draftı izləyə bilməyəcək. O, təşkilatın ofisinə daxil ola, qərar qəbul edə və ya işçi heyətinə təsir göstərə bilməyəcək. Klub əməkdaşlarının Balmerə rəsmi müraciət etməsi də qadağandır.
Balmer "Klippers"in basketbol fəaliyyəti barədə mətbuata açıqlama verə bilməyəcək. Bu məhdudiyyətlər, basketbol əməliyyatlarına rəhbərlik edən Lourens Frank və biznes əməliyyatlarına cavabdeh olan Cillian Zukerin də uzaqlaşdırılması ilə daha da ağırlaşıb. İndi NBA Şurasında Balmeri azlıq səhmdarı Dennis Vonq əvəz edəcək. Balmer yalnız klubdan maliyyə gəliri əldə edə və ya satış qərarı verə bilər. Bu, onun NBA kollektiv müqaviləsini ikinci dəfə pozmasıdır.
Ekspertlər üçüncü pozuntu halında onun liqadan ömürlük uzaqlaşdırıla biləcəyini bildirir.


