NBA-də "Los Anceles Klippers"in maaş limiti qaydalarını pozması ilə bağlı araşdırma davam edir. Klub bu səbəbdən ciddi cəzaya məruz qalıb.
Offsideplus.az xəbər verir ki, tanınmış basketbol eksperti Brayan Uindhorst bildirib ki, "Klippers" rəhbərliyi günahını etiraf etməli və cəzanı qəbul etməlidir.
Onun sözlərinə görə, klub cəriməni mübahisələndirməməli, lakin əlavə sanksiyaların tətbiq olunmayacağına dair razılıq əldə etməlidir:
"Beş dreft seçimi ilə bağlı yekun razılaşma olmalıdır. Bundan sonra isə Kavai Leonardla bağlı transfer məsələsini sakit şəkildə başa çatdırmaq lazımdır. Bu halda klub böhrandan minimal itkilərlə çıxa bilər". Uindhorst əlavə edib ki, vaxtilə "Minnesota Timberwolves" rəhbərliyi NBA ilə tam əməkdaşlıq etdiyinə görə, onlardan alınan beş dreft seçiminin ikisini geri qaytara bilmişdi.


