Azərbaycan Basketbol Federasiyası (ABF) qadınlardan ibarət əsas milli komandanın baş məşqçisi Evren Alkaya ilə yolları ayırıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

2022-ci ildən qurumda çalışan türkiyəli mütəxəssis əsas millimizlə yanaşı, U-16, U-18 və U-20 yığmalarımıza da rəhbərlik edib.

O, bu müddətdə 70-dən çox rəsmi FIBA matçında sükan arxasında yer alıb.

E. Alkayanın baş məşqçiliyi altında U-16 millimiz 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda qızıl, U-18 yığmamız isə 2024-cü ildə gümüş medal qazanıb.