Türkiyə 1-ci Liqasında mübarizə aparan "Bursaspor" növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, "yaşıl timsahlar" evində "İstanbulspor"u qəbul edəcək.

Anadolu təmsilçisi rəqibinə aman verməyib - 4:0.

Toral Bayramov görüşün 70-ci dəqiqəsində meydana daxil olub.

"Bursaspor" 5 turdan 12 xalla 2-ci yerdədir. Onlar növbəti turda "Manisa" FK-nın qonağı olacaq.

Görüş sentyabrın 7-də baş tutacaq.