İngiltərə futbolunun tanınmış siması Roy Kin Emiliano Martinesin "Çelsi"yə transferi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, argentinalı qapıçı yeni klubunda debüt oyununda "Brayton"a qarşı meydana çıxıb və üç qol buraxıb.

Roy Kin bildirib ki, "Çelsi"nin yeni qapıçıya ehtiyacı olsa da, Martines ötən mövsüm "Aston Villa"da çox qol buraxıb.

Onun sözlərinə görə, Martines xarakterli oyunçudur, lakin qapıçı tez-tez topları qarşısına, cərimə meydançasına qaytarır və bu, risklidir.

"Əmin deyiləm ki, bu, "Çelsi" üçün uğurlu transferdir", – deyə Kin vurğulayıb.