Misli Premyer Liqasında IV tura start verilir.
Offsideplus.az xəbər verir ki, ötən tur doğma evinə qayıdan "Kəpəz" bu dəfə "Şamaxı"nı qəbul edəcək.
Gəncə təmsilçisi ardıcıl ikinci qələbəsini qazanmaq istəyir.
Qeyd edək ki, ötən mövsüm "Kəpəz"i çalışdıran Azər Bağırov hazırda "Şamaxı"nın baş məşqçisidir.
MPL, IV tur
4 sentyabr (сümə)
20:15. "Kəpəz" – "Şamaxı"
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu
Qeyd edək ki, IV tura sentyabrın 6-da yekun vurulacaq.


