Misli Premyer Liqasında IV tura bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, açılış matçı Qəbələdə baş tutacaq.
Yerli komanda "İmişli"ni qəbul edəcək.
Qeyd edək ki, "Qəbələ" ötən turdan sonra baş məşqçisi Kaxaber Tsxadadze ilə yolları ayrılıb. Onların yeni çalışdırıcısı hələ də açıqlanmayıb.
Misli Premyer Liqası, IV tur
4 sentyabr (cümə)
18:00. "Qəbələ" – "İmişli"
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu


