"Los Anceles Leykers"in forvardı Carred Vanderbilt 2026/27 mövsümündə rotasiyada yer ala bilər.
Offsideplus.az xəbər verir ki, klub 27 yaşlı basketbolçunu transfer etmək istəsə də, onun müqaviləsini üzərinə götürmək istəyən komanda tapılmayıb.
İndi "Leykers" Vanderbiltə rotasiyada şans verməyi planlaşdırır və mövsüm ərzində onu başqa kluba göndərmək üçün yeni imkanlar axtara bilər.
Qeyd edək ki, onun müqaviləsində iki il və 24 milyon dollar qalır. O, 2027-ci ildə isə oyunçu müqavilədəki oyunçu seçimi hüququndan istifadə edə bilər.


