Azərbaycanlı futbol referiləri İsveçrənin Cenevrə şəhərində UEFA tərəfindən 2026/2027 mövsümü üçün təşkil edilən yay toplanışını uğurla yekunlaşdırıblar.

Offsideplus.az AFFA-ya istinadən xəbər verir ki, avqustun 31-dən sentyabrın 2-dək keçirilən təlimlərdə qitə futbol qurumunun elit və I kateqoriyalı hakimləri yer alıblar..

Azərbaycanı kursda beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Elçin Məsiyev təmsil ediblər.

Kursa toplaşan referilər ötən mövsümün yekunlarını təhlil edib, yeni çempionat öncəsi əsas tələblərlə tanış olublar. Həmçinin təlim çərçivəsində ədalət təmsilçilərinin fiziki hazırlıq səviyyəsi və normativləri yoxlanılıb.