"Red Bull"un pilotu Izak Acar İspaniya Qran-prisini buraxacaq.

Offsideplus.az xəbər verir ki, L'Équipe nəşri bu barədə məlumat yayıb.

Biləyindən zədə alan idmançı Niderland Qran-prisində də iştirak edə bilməmişdi. Fransalı pilot bu həftəsonu keçiriləcək İtaliya Qran-prisində də sükan arxasına keçməyəcək.

Onun Liam Louson əvəzləyəcək. Lousonun "Racing Bulls" komandasındakı yerini isə ehtiyat pilot Yuqi Tsunoda tutacaq.

Gələn həftə Madridin küçə trasında ilk yarış baş tutacaq. Fransız nəşrinin xəbərinə görə, Izakın bu mərhələdə iştirakı nəzərdə tutulmur.