"Kəpəz" uzun həsrətdən sonra azarkeşləri önünə çıxdığı Gəncə şəhər stadionunda növbəti matçına böyük maraqla hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının 4-cü turu çərçivəsində, bu gün keçiriləcək Kəpəz – Şamaxı qarşılaşmasına artıq 10 min bilet satılıb.

Tribunalarda anşlaq yaşanacağı gözlənilir.

Qeyd edək ki, "Kəpəz" ötən həftə uzunmüddətli fasilədən sonra nəhayət doğma meydanına qayıdıb və azarkeşləri önündə ilk matçını keçirib.