Keçmiş NBA oyunçusu Trevor Ariza "Los Anceles Leykers"də LeBron Ceymsin irsini müdafiə edib və ona yönələn tənqidləri əsassız adlandırıb. Ariza bildirib ki, LeBron komandaya qoşulduqdan sonra hər şey dəyişib, klubun uğurları artıb, bilet və atribut satışları yüksəlib, "Leykers" yenidən çempionluq uğrunda mübarizə aparıb və nəticədə titul qazanıb. O qeyd edib ki, LeBronun burada keçirdiyi dövr hər bir çempionluq qazandıran oyunçunun irsi kimi hörmətlə qarşılanmalıdır. Ariza əlavə edib ki, Los-Anceles azarkeşləri bəzən çox tələbkar olur və LeBronun burada keçirdiyi illər digər çempionlarla eyni dərəcədə dəyərləndirilməlidir.

Offsideplus.az xəbər verir ki, Ariza LeBron Ceymsin guya çempionluq üzüyü üçün komandadan komandaya keçməsi barədə deyilənlərə də münasibət bildirib. O vurğulayıb ki, LeBron hansı komandaya gedibsə, ora titul gətirib və oynadığı hər şəhərdə onun forması arenanın tavanına qaldırılacaq. "Onun irsi ilə bağlı nə problem var? Ondan daha nə istəyə bilərsiniz? Bir dövr var idi ki, hər il finalda oynayırdı. Ona görə də, LeBronun çempionluq üçün komandaları dəyişdiyini demək, sadəcə onun ölkə daxilində istədiyi kimi hərəkət etmək hüququndan istifadə etməsidir. LeBron istədiyini edə bilər. O, bütün karyerası boyu çox çalışıb və insanlar bunu qiymətləndirməlidir", – deyə Ariza fikrini yekunlaşdırıb.