"Mançester Yunayted" yay transfer dönəmində David Raumun transferini reallaşdıra bilərdi.

Offsideplus.az xəbər verir ki, ESPN-in məlumatına görə, bütün yay ərzində "Leyptsiq"in müdafiəçisinin əlçatan olması barədə "Mançester Yunayted"ə siqnallar göndərilib. Lakin alman futbolçunun təxminən 30 milyon funt-sterlinqə transferi və uzunmüddətli müqavilə bağlanması klub rəhbərliyi tərəfindən növbəti transfer mərhələsinin pozula biləcəyi kimi qiymətləndirilib.

"Mançester Yunayted"in əsas hədəfi Lyuis Holl olub, lakin "Nyukasl" danışıqlardan imtina edib. Klub sol cinah müdafiəsinə qısamüddətli oyunçu cəlb etmək imkanlarını da araşdırıb. Ryan Ait-Nurinin nümayəndələri futbolçunun icarəyə verilməsini təklif ediblər, lakin "Mançester Siti" mövsümün sonunda məcburi satınalma şərtində israr edib. "Qırmızı şeytanlar" isə bu təklifi qəbul etməyiblər.

"Mançester Yunayted" rəhbərliyi sol cinah müdafiəçisi mövqeyindəki problemi həll edə bilmədiklərini etiraf edib. Böyük ehtimalla, bu məsələ qış transfer pəncərəsində yenidən gündəmə gələcək.