Liverpul Çempionlar Liqasında iştirak üçün UEFA-ya heyətini təqdim edib.

Offsideplus.az xəbər verir ki, mersisayd klubu zədəli olan Uqo Ekitike və Konor Bredlini siyahıya daxil edib. Hər iki futbolçunun ilin sonunda meydana qayıdacağı gözlənilir. Bununla yanaşı, Federiko Kyeza və Vataru Endo heyətə salınmayıb.

Liverpul ilk oyununu 9 sentyabrda Atletiko ilə keçirəcək.