Dünya futbolunun idarəedici qurumu FİFA ilə Avropa futbolunun ali təşkilatı UEFA arasındakı münasibətlər daha da gərginləşib.
Offsideplus.az xəbər verir ki, FİFA UEFA-nı təşkilat prezidenti Canni İnfantinoya və qurumun özünə qarşı məqsədli şəkildə "qarayaxma kampaniyası" həyata keçirməkdə günahlandırıb.
-
İttihamın səbəbi: Bu gərginlik UEFA-nın FİFA prezidentinə qarşı "cinayət işi" açmaqla hədələməsindən və hüquqi müstəvidə addımlar atacağını bəyan etməsindən sonra yaranıb.
-
Tərəflərin mövqeyi: FİFA bu hədə-qorxuları və atılan addımları açıq şəkildə nüfuzdan salma cəhdi kimi qiymətləndirərək sərt reaksiya nümayiş etdirib.


