Donovan Mitçell karyerasında ən yüksək göstərici olan 71 xalı topladığı "Çikaqo Bulls"la oyundan öncə maraqlı detalı bölüşüb.

Offsideplus.az xəbər verir ki, "Klivlend Kavalers"in müdafiəçisi həmin qarşılaşmadan əvvəl, yeni il gecəsində bir neçə spirtli içki qəbul etdiyini bildirib. "Biz yeni ili Klivlenddə qarşıladıq və ertəsi gün oyuna çıxdıq. Karyeram ərzində heç vaxt oyundan əvvəl içki içməmişdim. Amma bu, yeni il idi. Ona görə də matçdan əvvəl bir neçə içki qəbul etdim. Heç vaxt belə etməmişdim və o vaxtdan sonra da təkrarlamamışam. İnsanlara deyirəm ki, bəlkə də məhz bu, həmin oyunda belə çıxış etməyimə səbəb oldu", – deyə Mitçell Vins Karter və Treysi Makqreydinin podkastında danışıb.