London təmsilçisi "Çelsi"nin yarımmüdafiə xəttini gücləndirmək üçün "Roma"dan Manu Kone ilə əldə etdiyi şifahi razılıq gözlənilmədən pozulub.
Offsideplus.az xəbər verir ki, transferin baş tutmamasının arxasında həm vaxt məhdudiyyəti, həm də baş məşqçinin qərarı dayanır.
-
Birbaşa danışıqlar: Klubların sahibləri transferlə bağlı şəxsən müzakirələr apararaq şifahi razılığa gelsələr də, proses son mərhələdə dayanıb.
-
Vaxt çatışmazlığı və Veto: "Roma" futbolçuya uyğun əvəzedici tapmaq üçün vaxt azlığından əziyyət çəkib. Eyni zamanda, komandanın baş məşqçisi Can Pyero Qasperini Konesin gedişinə qəti şəkildə veto qoyaraq onun komandada qalmasını təmin edib.


