5 sentyabrda Parisdə keçiriləcək UFC turnirinin əsas qarşılaşması yüngül çəki dərəcəsində Den Huker (24-14) ilə Saladin Parnas (23-2) arasında baş tutacaq.

Offsideplus.az xəbər verir ki, turnirin əsas kartında Fares Ziam (18-5) – Aksel Sola (12-1-1), Maykl Peyc (25-3) – Nursulton Ruziboyev (37-9-2), Daniil Donçenko (15-2) – Punaxele Soriano (13-4), Losen Keyta (16-2) – Məhəmməd Naimov (13-4), Morqan Şarrie (21-12-1) – Felipi Lima (14-2) döyüşləri də yer alacaq.

Turnirin əsas kartı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.