"Mançester Yunayted"in yeni transferi Karlos Baleba UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la keçiriləcək I tur oyununu buraxacaq.

Offsideplus.az xəbər verir ki, buna dayaq yarımmüdafiəçisinin topuq nahiyəsindən zədə alması səbəb olub. 22 yaşlı kamerunlu oyunçu sentyabr ayının sonunadək yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, sentyabrın 10-da İngiltərədə təşkil olunacaq “Mançester Yunayted” – “Sabah” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.