İtaliya millisinin və "İnter"in futbolçusu Federiko Dimarko "Barselona"ya keçə bilər.
Offsideplus.az xəbər verir ki, İspaniya təmsilçisi 28 yaşlı müdafiəçinin xidmətində maraqlıdır.
Kataloniya təmsilçisi oyunçunu 2027-ci ilin yayında azad agent kimi almaq istəyir.
Qeyd edək ki, Federiko Dimarkonun Milan təmsilçisi ilə müqaviləsinin müddəti gələn ilin yayına kimi nəzərdə tutulub.


