Aleksandr Qolovinin "Lids" klubuna mümkün transferi baş tutmayıb.
Offsideplus.az xəbər verir ki, "Monako"nun yarımmüdafiəçisinin İngiltərə Premyer Liqasına keçidi siyasi səbəblərdən reallaşmayıb. Bu yay Rusiya millisinin üzvü ilə həm "Lids", həm də "Aston Villa" maraqlanıb. "Lids" transfer pəncərəsinin sonuna qədər Qolovinlə müqavilə bağlamağa çalışıb. Futbolçu özü də keçidə razılıq verib. Lakin əsas maneə kimi İngiltərə banklarının hazırda Rusiya vətəndaşları və şirkətləri ilə işləməməsi göstərilib. Bu səbəbdən futbolçunun maaşının stabil ödənilməsi mümkün olmayıb və transfer baş tutmayıb.


