İngiltərənin "Mançester Yunayted" klubu gənc hücumçu Çido Obi-Martinin icarəyə verildiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Danimarka U-21 millisinin 18 yaşlı üzvü mövsümün sonuna qədər Niderlandın "Villem II" klubunda çıxış edəcək.
Ötən mövsüm Obi-Martin "Mançester Yunayted"in gənclər komandasında 31 oyunda 15 qol vurub.


