"Roma"nın idman direktoru Toni D’Amiko klubun "Zenit"dən Luis Enrikenin transferini niyə reallaşdıra bilmədiyini izah edib.

Offsideplus.az xəbər verir ki, D’Amiko bu barədə belə danışıb: "Qasperini dedi ki, əgər kimisə sadəcə transfer etmək üçün alırıqsa, hər şeyi olduğu kimi saxlamaq daha yaxşıdır. Bizə uyğun ola biləcək iki-üç oyunçu tapmışdıq, komandaya kömək edə biləcəklərinə inanırdıq, lakin müxtəlif səbəblərdən onları transfer edə bilmədik. "Ştutqart" və Ceymi Levelinq ilə razılıq əldə olunmuşdu, amma o, fikrini dəyişdi. Başqa oyunçular da var idi, müqavilə imzalamağa hazır idilər, lakin hamımız onlara tam əmin deyildik. Görək, işimizi yaxşı görmüşük, ya yox."

D’Amiko Luis Enrike ilə bağlı danışıqların niyə dayanmasından da danışıb: "Təəssüf ki, bəzi problemlər ortaya çıxdı və transferi başa çatdıra bilmədik. Oyunçu və klubla razılıq əldə olunmuşdu, lakin texniki səbəblərə görə transfer rəsmiləşmədi. Transfer pəncərəsində çox şey baş verir və alternativ variantlar tapmağa hazır olmaq lazımdır."