NBA "Los Anceles Klipers"in maaş limiti qaydalarını pozması ilə bağlı mövqeyini açıqlayıb. Klub bu məsələ ilə bağlı rəsmi münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, "Klipers" rəhbərliyi araşdırmanın nəticələrini qəti şəkildə rədd etdiyini bəyan edib: "Biz NBA-nın apardığı araşdırmanın nəticələrini qətiyyətlə qəbul etmirik. Bu qərar faktlara və sübutlara deyil, öncədən formalaşmış fikirlərə əsaslanıb. Bizə qapalı şəkildə verilən məlumatlar ictimaiyyətə açıqlananlardan fərqlidir. Liqa komissarı Silverin elan etdiyi ədalət və şəffaflıq prinsiplərinə əməl olunmayıb. Bir il ərzində araşdırma ilə tam əməkdaşlıq etmişik və üzərimizə düşən hər şeyi etmişik. İndi isə günahsızlığımızı sübut etmək üçün eyni səylə çalışacağıq. Bu nəticələri və tətbiq olunan cərimələri bütün mümkün yollarla mübahisələndirəcəyik və ədalətli, qərəzsiz arbitraj tələb edəcəyik".

Məlumata görə, komandanın NBA çərçivəsində qərarı apellyasiya etmək imkanı olmayacaq. Yeganə çıxış yolu məhkəməyə müraciət etməkdir.