"Klivlend Kavalers"in müdafiəçisi Donovan Mitçell bildirib ki, onillik peşəkar karyerasında bir oyunu yenidən oynamaq imkanı olsaydı, 2026-cı ildə Şərq Konfransının finalında "Nyu-York Niks"lə ilk qarşılaşmanı seçərdi.
Offsideplus.az xəbər verir ki, Mitçell bu barədə Karter və Makqredi podkastında danışıb. O qeyd edib: "Sadəcə... Kim bilir, o zaman nə baş verərdi. Bu, böyük təzyiq yaradır. Biz 'Detroyt Pistons'la yeddinci oyunda çox yaxşı çıxış etdik, yüksəlişdə idik və həmin əhval-ruhiyyəni tam şəkildə ilk oyuna daşıdıq". Həmin görüşdə "Klivlend" 22 xallıq üstünlüyə malik olsa da, əlavə vaxtda "Nyu-York Niks"ə 104:115 hesabı ilə uduzub. Daha sonra "Kavalers" seriyanı 0:4 hesabı ilə məğlub başa vurub.


