NBA-nın sabiq ulduzu Rassell Uestbruk karyerasını başa vurduqdan cəmi bir ay sonra yeni vəzifəyə təyin olunub. O, 2027-ci ilin əvvəlində fəaliyyətə başlayacaq "Proyekt B" adlı beynəlxalq basketbol liqasının təsisçilərindən biri olub.

Offsideplus.az xəbər verir ki, Uestbruk liqanın strateji direktoru olacaq, şirkətdə pay sahibi kimi direktorlar şurasına daxil ediləcək. O, liqanın uzunmüddətli inkişaf vizyonunun formalaşdırılmasında və strateji tərəfdaşlıqların qurulmasında fəal iştirak edəcək. Daha əvvəl məlum olmuşdu ki, "Proyekt B" qadın NBA-nın bir neçə tanınmış oyunçusunun dəstəyini qazanıb, kişi bölməsinin rəhbəri vəzifəsinə "Atlanta"nın keçmiş baş meneceri Lendri Filds təyin edilib, layihənin məsləhətçisi isə LeBron Ceymsin yaxın dostu və biznes tərəfdaşı Maverik Karterdir.