“Futbolçularımın əzmi və istəyi də çempionuğa imkan verir”
Bu sözləri Offsideplus.az-a açıqlamasında “Şahdağ Qusar”ın baş məşqçisi Füzuli Məmmədov deyib:
“İlk oyunumuz MOİK-lədir. İki mərhələli - Bakı və Şamaxıda təlim-məşq toplantısı keçdik. 6 yoxlama oyunu keçirdik. Hazırlığımız plana uyğun keçdi. Futbolçuların istəyi bizə daha da motivasiya verir. Qarşımıza qoyulan hədəf Premyer Liqadır. Çempionluq üçün oynayacağıq. Bunun üçün yetərli heyətimiz var. Futbolçularımın əzmi və istəyi də buna imkan verir”.
Qeyd edək ki, 1-ci turun açılış qarşılamasında “Şahdağ Qusar” MOİK-in qonağı olacaq.


