Misli Premyer Liqasının 4-cü turu çərçivəsində keçiriləcək "Kəpəz" – "Şamaxı" qarşılaşmasına azarkeşlərin marağı böyükdür

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın biletləri satışa çıxarıldıqdan cəmi 1 gün sonra 4000-dən çox bilet artıq sahibini tapıb.

Stadionda anşlaq yaşanacağı və triubunaların tamamilə dolacağı gözlənilir.

Qeyd edək ki, "Kəpəz" - "Şamaxı" oyunu sentyabrın 4-də, saat 20:15-də başlayacaq.