"Ferrari"nin rəhbəri Fred Vasser komandanın cari mövsümdəki bolidi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, o, mühərrikdə güzəştə getdiklərini söyləyib:
"Bu gün bizim əsas problemimiz mühərrikdir. Qeyd etmək lazımdır ki, şassi xatirinə mühərrik sahəsində bəzi güzəştlərə getdik. Soyutma sistemi, batareyanın ölçüsü, çəki və digər məsələlər – hər yerdə güzəştə getməli olduq.
İnsanlar tez-tez elə düşünürlər ki, temp sırf aerodinamikadan asılıdır. Lakin reallıqda buna hər şey təsir edir. Aerodinamika, əlbəttə ki, vacibdir, lakin burada şassi, etibarlılıq, pit-stoplar, strategiya, yarışlara hazırlıq, bolidin keyfiyyəti və bir çox başqa amillər də böyük əhəmiyyət kəsb edir".


