Fransalı yarımmüdafiəçi Kefren Türam dizindən əməliyyat olunacaq.

Offsideplus.az xəbər verir ki, "Yuventus"un oyunçusu bu gün Lion şəhərinə yollanacaq və sabah diz oynaqları üzrə mütəxəssis Bertran Sonneri Kotte tərəfindən əməliyyat ediləcək. Son mövsümün sonlarında başlayan və yay fasiləsinə baxmayaraq keçməyən ağrılar səbəbindən Tyurama patellofemoral sindrom diaqnozu qoyulub.

Klubun tibbi heyəti və məşqçilər korpusu ilə məsləhətləşmədən sonra əməliyyat qərarı verilib.

25 yaşlı futbolçu yayda "Yuventus"un bütün yoxlama oyunlarını buraxıb, A Seriyasının "Frozinone" ilə ilk qarşılaşmasında ehtiyat oyunçular skamyasında əyləşib, "Parma" ilə matçda isə meydana çıxmayıb.

Türamın ən azı dörd ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.