İngiltərə Premyer Liqasının nəhənglərindən olan "Çelsi" transfer pəncərəsinin son saatlarında mərkəz xəttini gücləndirmək üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, London klubu hazırda heç bir komanda ilə müqaviləsi olmayan azad agent Corjino Veynaldum ilə əlaqə saxlayıb.

  • Yarımmüdafiə axtarışı: Komandada orta sahəni gücləndirmək istəyən "mavililər" son saatlarda niderlandlı təcrübəli futbolçuya təklif göndəriblər.

  • Veynaldumun vəziyyəti: Hal-hazırda sərbəst agent olan 35 yaşlı yarımmüdafiəçinin "Çelsi"nin təklibinə necə cavab verəcəyi yaxın vaxtlarda bəlli olacaq.