Polşalı hücumçu Robert Levandovski "Barselona"nın yeni mövsümdəki perspektivləri barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Levandovski kataloniya klubunun hazırkı vəziyyətinə toxunaraq bildirib: "Oyunların çoxunu izləməmişəm, amma klubdakı vəziyyəti yaxşı bilirəm. Onlara bir az vaxt lazımdır və ümid edirəm ki, "Barselona" yaxşı çıxışını davam etdirəcək. Komandada çox güclü oyunçular var".

O, hücum xəttinin gücləndirilməsi barədə danışarkən qeyd edib: "Ötən mövsüm 65 qol vurmuşduq. "Barselona" sona qədər mübarizə aparmağı bacarır".

Levandovski gənc futbolçuların inkişafının həlledici rol oynayacağını vurğulayıb: "Bu mərhələ əvvəlki mövsümdən fərqli ola bilər, çünki komandada həm keyfiyyətli oyunçular, həm də bir çox yeni futbolçu var. Düşünürəm ki, Çempionlar Liqası "Barselona" üçün bir arzu olaraq qalır, amma indi iki-üç il əvvəl çox gənc olan oyunçular artıq təcrübə toplayıblar".

Çempionlar Liqasındakı şansları barədə isə Levandovski belə deyib: "Barselona" iki-üç başqa komanda ilə yanaşı favoritlərdən biridir. Avropada mövsümün əvvəlində necə oynadığın deyil, ilboyu bu səviyyəni qorumaq vacibdir. Ümid edirəm ki, mövsümün sonunda "Barselona"nın qazandığı titullar barədə danışa biləcəyik".