Aleksandr Qolovinin "Monako"dan ayrılması gündəmdədir.
Offsideplus.az xəbər verir ki, "Zenit" rusiyalı yarımmüdafiəçiyə 4 illik, üstəgəl əlavə bir il uzadılma şərti ilə müqavilə təklif edib. Lakin tərəflər hələlik maliyyə məsələlərində razılığa gələ bilməyib və "Zenit" danışıqlardan geri çəkilib. Qolovin hazırda Fransa Liqa 1-də illik 3,8 milyon avro maaş alır. Buna baxmayaraq, transfer ehtimalı qalır. "Monako" futbolçunu 15 milyon avroya satmağa hazırdır.


