UFC prezidenti Dana Uayt Usman Nurmaqomedovun Umar Nurmaqomedovun məğlubiyyətindən sonra qəfəsə daxil olmasına münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, o, bu hərəkətin yolverilməz olduğunu qeyd edib.

Uayt açıqlamasında "O, açıq şəkildə həddi aşıb" deyib. Döyüşdən sonra Sun Yadun oktaqonda qaçarkən Usmanla qarşılaşıb və Usman onu sinəsindən itələyib. Yadun bu hərəkətə məhəl qoymayıb və yoluna davam edib. Usman isə arxasınca ona beksfist zərbəsi endirməyə cəhd göstərib. Uayt əlavə edib ki, Umar Nurmaqomedovun döyüşdən əvvəlki açıqlamaları ona baha başa gəlib və məğlubiyyətdən sonra az qala qəfəsdə dava yaranacaqdı.