Türkiyə Voleybol Federasiyasının rəhbərliyi Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Faiq Qarayevə hədiyyə təqdim edib.
Offsideplus.az xəbər verir ki, federasiyanın prezidenti Mehmet Akif Üstündağ F.Qarayevə Türkiyə voleybolundakı xidmətlərinə görə təşəkkürünü bildirib.
Hədiyyə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İstanbulda keçirilən Türkiyə – Azərbaycan (3:0) matçından sonra təqdim olunub.


