Polina Rəhimova Azərbaycanın voleybol millisindəki karyerasını başa vurub.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı təcrübəli idmançı son oyununu Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə yığmasına qarşı keçirib.

İstanbuldakı "Sinan Erdem" idman zalında təşkil olunan qarşılaşma meydan sahiblərinin 3:0 (25:14, 25:16, 25:22) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Polina Rəhimova 2007-ci ildən millimizin şərəfini qoruyurdu.