"Deportivo" "Barselona"nın yarımmüdafiəçisi Mark Kasadonu və "Atletiko"nun müdafiəçisi Xose Ximenesi heyətinə cəlb edib.
Offsideplus.az xəbər verir ki, La Korunya təmsilçisi 22 yaşlı Kasadonu satınalma hüququ ilə icarəyə götürüb. Bildirilir ki, bu hüququn məbləği 30 milyon avrodur. Ötən mövsüm La Liqada Kasado "Barselona"nın heyətində 24 oyunda iştirak edib və bir qol ötürməsi ilə yadda qalıb.
31 yaşlı uruqvaylı Ximenes də "Deportivo"ya satınalma hüququ ilə icarəyə keçib. O, ötən mövsüm La Liqada "Atletiko"nun heyətində 16 oyunda çıxış edib, bir assist verib və 4 sarı vərəqə alıb.


