“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Gəncə klubu albaniyalı mərkəz müdafiəçisi David Domqyonini transfer edib.

Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.

Futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, 29 yaşlı oyunçu son olaraq İsrailin “Hapoel” (Yerusəlim) klubunda çıxış edib.