"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Masazır təmsilçisi Rusiyanın "Zenit" klubundan braziliyalı yarımmüdafiəçi Du Keyrosu icarəyə götürüb.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 26 yaşlı futbolçu cari mövsümün sonunadək "Sabah"da çıxış edəcək.
Müqavilə şərtlərinə əsasən, paytaxt klubu icarə müddəti başa çatdıqdan sonra futbolçunun transfer hüquqlarını birdəfəlik əldə etmək opsiyasına da malikdir.
Qeyd edək ki, Du Keyros karyerası ərzində Braziliyanın "Korintians" (2021–2023), "Qremio" (2024) və "Sport Resife" (2025), Rusiyanın isə "Zenit" (2023–2024) və "Orenburq" (2025–2026) klublarında çıxış edib.


