Argentina millisinin yarımmüdafiəçisi Enso Fernandes "Çelsi"dən "Mançester Siti"yə transferi barədə təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı dünya çempionu "şəhərlilər"ə 125 milyon funt sterlinq qarşılığında keçib və bu, Premyer Liqada transfer rekordu ilə eyniləşib.

Enso Fernandes bildirib: "Son illərdə "Mançester Siti" İngiltərənin ən uğurlu klubudur. Hər bir futbolçu belə bir komandanın bir hissəsi olmaq istəyir, çünki hamı "Siti"nin necə peşəkar idarə olunduğunu yaxşı bilir. Burada olduğum üçün çox sevincliyəm və qarşıdakı çağırışları qəbul etməyə hazıram ki, "Siti"yə kuboklar qazanmaqda kömək edim. Bu klub uğur üçün yaradılıb. Heyətə baxanda görürsən ki, hər mövqedə keyfiyyətli oyunçular var. Yeni komanda yoldaşlarımdan öyrənmək və daha da inkişaf etmək istəyirəm. Daim öz üzərimdə işləməyimlə fəxr edirəm. Mənimlə çalışan hər kəs bilir ki, hər gün çox məşq edirəm və oyunlara bütün gücümü sərf edirəm. "Mançester Siti"yə söz verirəm ki, burada da eyni əzmkarlıqla davam edəcəyəm. Uqu Viana, Enso Mareska, Xaldun əl Mübarək və bu transferin baş tutmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Onların etimadını tezliklə doğrultmaq istəyirəm".