Nikolaz Talyafikonun "Atletiko"ya transferi baş tutmayacaq.
Offsideplus.az xəbər verir ki, jurnalist Ruben Uriya argentinalı müdafiəçinin Madrid klubuna keçidinin alınmadığını bildirib. Buna səbəb "Yuventus"dan Conatan Davidin icarəyə götürülməsindən sonra "Atletiko"nun müdafiəçi qeydiyyatı üçün heyətdə yerinin qalmamasıdır.
Qeyd edək ki, Talyafiko daha əvvəl "Atletiko"ya keçməyə razılıq vermişdi.


