Yay transfer pəncərəsinin bağlanmasına saatlar qala İngiltərə Premyer Liqasında tarihe düşəcək misilsiz bir xaos yaşanıb.

Offsideplus.az xəbər verir ki, "Lion"un gənc ulduzu Malik Fofana əvvəlcə hansı klub üçün tibbi müayinədən keçəcəyini özü də bilmədiyi anlardan tutmuş, "Arsenal", "Kristal Pelas" və "Sanderlend" arasında dəqiqəbədəqiqə dəyişən inanılmaz bir "savaş"ın mərkəzində qalıb.

  • Dəli xronologiya və iki təyyarə: Səhər saatlarında "Arsenal"ın favorit olduğu, ardınca "Kristal Pelas"ın baş məşqçi Pyer Sajın birbaşa təsiri ilə razılıq əldə etdiyi prosesdə Lion hava limanında hər iki klubun oyunçunu aparmaq üçün hazır dayanmış özəl təyyarələri diqqət çəkib.

  • Son an mübarizəsi: "Sanderlend"in agentlərə çox daha yüksək maliyyə vəsaiti və sərfəli şərtlər təklif etməsi bütün tarazlığı alt-üst edib. Fofana rəqiblərlə əlaqəni kəsərək son saniyədə qəti qərarını verib və karyerasına "Sanderlend"də davam etməyi seçib.