Almaniya milli komandasının aparıcı müdafiəçilərindən biri olan Antonio Rüdiger yığmadakı karyerasını rəsmən bitirdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, komandanın uğursuz olduğu zamanlarda tez-tez hədəf taxtasına oturdulan və tənqidlərlə üzləşən 31 yaşlı futbolçu milli formanı geyinməkdən imtina edib.
- Statistika: Rüdiger Almaniya milli komandasının heyətində ümumilikdə 86 matçda meydana çıxıb.
- Tarixi bənzərlik: Bu gediş daha əvvəl benzer səbəblərdən - ağır tənqidlər və təzyiqlər üzündən millini tərk edən Mesut Özil və İlkay Gündoğan presedentini xatırladıb. İctimaiyyətdə miqrant əsilli futbolçuların qələbələrdə alman, məğlubiyyətlərdə isə kökləri ilə mühakimə olunması müzakirələrə səbəb olub.


