İtaliyanın "Parma" klubu "Fənərbaxça"nın müdafiəçisi Dieqo Karlosun transferini rəsmiləşdirib. 

Offsideplus.az xəbər verir ki, 33 yaşlı braziliyalı futbolçu 2026/27 mövsümünün sonuna qədər icarəyə götürülüb.

Ötən mövsüm Dieqo Karlos "Komo"nun heyətində çıxış edib. O, A Seriyasında 27 oyunda 1 qol vurub və 8 sarı vərəqə alıb.

Bundan əlavə, "Parma" "Sampdoriya"nın qapıçısı Simone Gidottini də heyətinə qatıb. 26 yaşlı italiyalı ötən mövsüm B Seriyasında 20 oyunda meydana çıxıb, 29 qol buraxıb və 2 dəfə qapısını toxunulmaz saxlayıb.